Menu

Məmnun Hüseynin Azərbaycan səfəri başa çatdı

14.03.2015, 17:18
Məmnun Hüseynin Azərbaycan səfəri başa çatdı

Pakistan prezidentini baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar. Martın 14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Anspress-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan Prezidenti Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol