Menu

ABŞ tankları və desantları Estoniyada

14.03.2015, 18:53
ABŞ tankları və desantları Estoniyada

ABŞ ordusunun tank taqımları ekipajları ilə birgə, həmçinin iki desant taqımı eston şəhəri Tapaya gəlib. Musavat.com-un məlumatına görə, bu barədə Estoniya Müdafiə Qüvvələri Baş Qərargahından bildirilib.

4 “Abrams” tankından və dəstək texnikasından ibarət taqım Latviyadan dəmiryolu vasitəsilə gətirilib və paytaxt Tallinin yaxınlığında yerləşdirilib.

ABŞ hərbi qulluqçuları Estoniya tarixində ən geniş miqyaslı olacaq hərbi təlimlərdə iştirak edəcəklər. Mayın 4-15-i arası keçiriləcək təlimlərə ümumilikdə 15 min hərbçi qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol