Menu

“Krımı Ukraynaya qaytarmaq mümkündür, əgər...”

15.03.2015, 00:40
“Krımı Ukraynaya qaytarmaq mümkündür, əgər...”

Krım Tatar Məclisinin sədri Rüfat Çubarov Rusiyanın ilhaq elədiyi Krımın Ukrayna tərkibinə qaytarılmasının real olduğunu bildirib. Musavat.com vesti.az-a istinadən xəbər verir ki, bundan ötrü o, ən birinci şərt kimi, sanksiyaların gücləndirilməsi yolu ilə Rusiyanın zəiflədilməsini göstərib.

“Buna nail olmaq üçün biz siqnalları tutmalıyıq. Qərb bizə deyir ki, “Bizə şans verin ki, sizə və özümüzə kömək edək”” – bildirib Çubarov. Ukraynaya silahların verilməsi və iqtisadi islahatların aparılmasını da o, eyni dərəcədə vacib şərt hesab edir.

“İkincisi – müdafiədir, təkmil ölümcül silahlardır. Üçüncüsü isə iqtisadiyyat, hüquq və müstəqil məhkəmələrdir. Bu üç faktor bizə sülh gətirəcək və Krımı qaytaracaq”, - deyə Krım tatarlarının lideri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol