Menu

ABŞ Konqresi Hillari Klintona qarşı təhqiqata başlayır

16.03.2015, 02:06

hillari-A7D1-41A0-B927-B55370340709_w640_r1_sABŞ Konqresi keçmiş dövlət katibi Hillari Klintonin şəxsi elektron postundan xidməti yazışma üçün istifadə eləməsi faktı üzrə təhqiqata başlamaq qərarı verib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, araşdırma növbəti həftə başlayacaq.

Konqres keçmiş dövlət katibinin öz şəxsi məktublarını hansı səbəbdən sildiyinə xüsusi diqqət yönəldəcək.

Klinton ətrafında qalmaqal martın əvvəlində başlayıb. ABŞ diplomatiyası başçısının 2009-2013-cü illərdə öz şəxsi qutusundan işgüzar məktublar yazması Vaşinqtonda məyusluq yaradıb.

Klintonun özü isə etiraf edib ki, haqlı deyil, ancaq onu da bəyan edib ki, öz şəxsi poçtundan hər hansı məxfi xidməti informasiya göndərməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol