Menu

Əməkdar artistin mağazası bağlandı

16.03.2015, 10:22
Əməkdar artistin mağazası bağlandı

Tanınmış kinoaktyor, əməkdar artist Əjdər Həmidovun supermarketi bağlanıb.Axar.az-ın xəbərinə görə, aktyorun kürəkənləri ilə birgə işlətdiyi “Troy” mağazası fəaliyyətini dayandırıb. Supermarketin bağlanmasının səbəbləri bilinmir.

Şəhərin Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən marketin işini dayandırması yüzlərlə ailənin alış-veriş etməsini çətinləşdirib. Yerli sakinlər arzu edirlər ki, supermarket fəaliyyətini bərpa etsin.

Xatırladaq ki, Ə.Həmidov vaxtilə ANS-ə açıqlamasında mağazanın kürəkənləri tərəfindən idarə olunduğunu, özünün isə nəzarət etdiyini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol