Menu

Türkiyədə azərbaycanlı qadın yoxa çıxıb

16.03.2015, 11:22
Türkiyədə azərbaycanlı qadın yoxa çıxıb

Türkiyənin İğdır vilayətində azərbaycanlı qadın itkin düşüb. Lent.az-ın məlumatına görə, İğdırda yaşayan 47 yaşlı Hakan Akbay Azərbaycan vətəndaşı olan həyat yoldaşı, 40 yaşlı İlhamənin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

H.Akbay deyib ki, həyat yoldaşı aşpaz işləyir və 1 həftə əvvəl işə getmək üçün evdən çıxıb. Lakin həmin gün İlhamə Akbay geri qayıtmayıb: “Hər yerdə axtardıq, qohumların hamısından soruşduq, telefonuna da o gündən zəng çatmır”.

Qeyd edək ki, İlhamə Akbay 23 ildir ki, Hakan Akbayla evlidir. Onların nikahından iki övladları var.

Hazırda qadının tapılması istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol