Türkiyədə 5 PKK-çı ömürlük məhkum PKK lideri Abdullah Öcalanın cəza çəkdiyi İmralı adasına göndərilib. Müsavat.com-un məlumatına görə, Abdullah Öcalanın qurultay çağırışı müsbət nəticələrini verməyə başlayıb. Öcalanın yanına göndərilən ömürlük məhkumların PKK liderinə katiblik edəcəyi bildirilib. İmralı adasına göndərilən məhbuslardan 4-ü ömrünün 21 ilini həbsxanada keçirib.
Qeyd edək ki, Türkiyə hökuməti ilə PKK arasında davam edən "həll prosesi"ndə Öcalan PKK-ya fövqəladə qurultay çağırışı edib. Qurultayda PKK-nın silahları yerə qoymasının müzakirə olunacağı bildirilib.


Şərhlər