Menu

Səudiyyə şahzadəsi İrana verilə biləcək nüvə hüquqlarından narahatdır

16.03.2015, 13:41
Səudiyyə şahzadəsi İrana verilə biləcək nüvə hüquqlarından narahatdır

Səudiyyə Ərəbistanı kral ailəsinin yüksək rütbəli üzvü xəbərdarlıq edib ki, İranın nüvə proqramı üzrə razılaşma əldə olunsa regiondakı digər dövlətlər atom yanacağını inkişaf etdirməyə başlaya bilər.

Şahzadə Turki al-Faisal BBC-ə deyib ki, Səudiyyə Ərəbistanı və digər ölkələr də bu hüququ tələb edəcək.

P5+1 adlı prosesdə altı dünya gücü İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması lakin bitirilməməsi üzrə saziş danışıqlar aparır.

Tənqidçilər deyirlər ki, Səudiyyə-İran arasındakı rəqabətə görə bu, regionda nüvə silahlanması yarışına səbəb olacaq.

"Həmişə demişəm ki, bu danışıqlarda nə əldə olunsa, biz də onu istəyəcəyik", şahzadə deyib. Vaxtilə o, həmçinin Səudiyyə Ərəbistanının kəşfiyyat başçısı olub.

"Beləliklə İran uranı hər hansı səviyyəyə zənginləşdirə bilsə, bunu təkcə Səudiyyə Ərəbistanı tələb etməyəcək. Bu yolu getmək üçün qapılar bütün dünyaya açılacaq, bu da məmin P5+1 danışıqlarına etirazımın əsas səbəbidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol