“Axmaqlar yalan danışırlar”. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: “Mən indi xaricdəyəm. Axmaqlalar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.

Qeyd edək ki, rəsmi təsdiqini tapmış məlumata görə, Ü. İsaxanlı 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Faktla bağlı cinayət işi açılıb və rektorun qızını döyən Məmmədov qardaşları həbs olunub. Lakin Xətai məhkəməsi onlarla bağlı həbc qətimkan tədbirinin seçilməsi haqda prokurorluğun təqdimatını təmin etməyib. Prokurorluq bu qərardan protest verib.

Belə olduğu halda Hamlet İsaxanlının təkzibi və medianı günahlandırması qəribədir. İstisna deyil ki, hadisə ondan gizlədilib və baş verənlərdən xəbəri olmayıb.

Yeri gəlmişkən, bizə daxil olan məlumata görə, zərərçəkən Ülkər İsaxanlı onu döyən qardaşlardan rəsmi şikayət etməyib. Niyə? Bu çox maraqlıdır. 

Vaqif Nəsibov

AzPolitika.info