Dünya birjalarında neftin ucuzlaşması davam edir
AzPolitika.info-nun məlumatına görə, Nyu-York birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,84 dollar ucuzlaşaraq 42,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,23 dollar ucuzlaşaraq 53,44 dollar olub.
Martın 17-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 54,24 dollara satılıb. Bu, martın 16-da qeydə alınmış qiymətdən 0,06 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər