Menu

Səhiyyə Nazirliyi 5 obyekti bağlayıb

18.03.2015, 17:56

1400513996_sehiyye_nazirliyi_45Səhiyyə Nazirliyi Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən ötən ay ərzində müəssisələrdə yoxlamalar aparılıb. Nazirlikdən verilən məlumata görə, yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülüb, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol