Menu

Moskvada Krımın işğal edilməsinin 1 illiyi qeyd olunur

18.03.2015, 18:46
Moskvada Krımın işğal edilməsinin 1 illiyi qeyd olunur

Moskvada Krımın Ukraynadan ilhaq edilməsinin 1 illiyi münasibəti ilə mitinq-konsert başlanıb.

Aksiyada prezident Vladimir Putin, deputatlar və “Antimaydan” hərəkatının tərəfdarları iştirak edəcəklər.

TASS-ın məlumatına görə, artıq Kreml divarlarının ətrafı, Vasilievsk enişinə 5 minə yaxın adam yığışıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə şəhər hakimiyyəti insanların aksiyaya göndərilməsini göstəriş verib.

“Novaya qazeta” yazır ki, məktəb diroktorlarına mitinqə 10-30 nəfər arası adam göndərmək tapşırılıb.

Saytların məlumatlarına görə həmçinin konsertə gələnlərə 350 rubl veriləcəyi vəd olunub.

Konsert-mitinqin keçirildiyi səhnəfevralda müxalifət lideri Boris Nemtsovun öldürüldüyü Böyük Moskva körpüsünün üstündə qurulub.

Qətl yeri polisin nəzarəti altındadır. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol