Menu

"İcra başçısı oğlumu məhv etmək istəyir"- MÜRACİƏT

19.03.2015, 14:09
"İcra başçısı oğlumu məhv etmək istəyir"- MÜRACİƏT

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova ölkə başçısına, ədliyyə nazirinə və eləcə də bir sıra təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb. "AzPolituika.info"ya göndərilən müraciətin mətnini qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:"17 mart 2015-ci il tarixdəPenitensiar xidmətin Müalicə Müəssisəsində həbsdə olan oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun görüşünə getmişdik.Talehi görüb dəhşətə gəldik. Həddindən artıq arıqlayıb, gözlərinin altı pis şişib, tam halsız, key kimi, iylənmiş çirkli paltarda idi. Məlum oldu ki, 24 fevral 2015-ci il tarixdə şərlənərək həbsə atılmış Talehə həm Göyçay Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində, həm də Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında ağır dözülməz işgəncələr veriblər. 14 gün 6 nəfər ağıldan kəm məhbuslarla eyni kamerada saxlanılıb.

Talehi vəhşicəsinə döyüblər. Apardığımız yeməkləri qəbul etsələr də, özünə verməyiblər. Hamam qəbuluna, dəyişək paltar almasına icazə verilməyib. Ciddi xəstə olmasına baxmayaraq apardığımız dərmanlarını bizdən alsalar da, qəbul etmək üçün özünə verməyiblər. Taleh bu vəhşiliklərə etiraz olaraq aclıq edib. Yenə işgəncə verməkdən əl çəkmədiklərini görüb özünü kəsib. Çoxlu qan itirdiyi üçün vəziyyəti hazırda da çox pisdir.

Taleh deyir ki, özümü öldürmək həddinə çatdırılmışam. Bütün bunları Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin xüsusi tapşırığı ilə edirlər. Taleh onun qanunsuz fəaliyyətini ictimailəşdirib ifşa etdiyi üçün icra başçısı ondan bu yolla qisas almağı qarşısına ali məqsəd qoyub. Onun məqsədi nəyin bahasına our-olsun Talehi məhv etdirməkdir. Artıq çirkin niyyətinə çatmaq üzrədir. Oğlum ölümcül vəziyyətdədir.

Taleh ölsə bunun bütün məsuliyyəti Göyçay RİH-nin başçısı Mübariz Ağayevin üzərinə düşəcək. Taleh icra başçısı Mübariz Ağayevin qanunsuz əməllərini düz olaraq ictimailəşdirib ifşa etmişdir. Az vaxtda Göyçay rayon icra başçısı vəzifəsinə təyin olunsa da, sakinlərin nifrətini qazanıb. Lazım olmayan işlərə milyonlar sərf edir...

Hazırda Müalicə Müəssisəsində ciddi xəstəlikdən əziyyət çəkən Taleh qida qəbul edə bilmir, böyrəkləri ifraz etmir, tam taqətsizdir. Döyülmə nəticəsində beynində küt ağrılar var.

Qorxuruq ki, Talehi yenidən Gəncəyə 2 saylı İstintaq Təcridxanasına qaytarıb orada məhv edərlər. Oranın rəisi Şakir Bayramov icra başçısı Mübariz Ağayevin sifarişini yerinə yetirə bilər. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə, ATƏT-in Bakı Ofisinin rəhbərinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvülərinə, Ombudsmana müraciət edirəm. Xahiş edirəm həbsdə olan oğlum Talehə baş çəkib, onunla maraqlanslar.

Kömək edin, qanunu tədbirlər görün! İmkan verməyin ki, günahsız oğlumu icra başçısı Mübariz Ağayev məhv etdirsin.Xahiş edirəm köməklik edin.

Xatırladım ki, 24.02.2015-ci il tarixdə maqazindən çıxıb maşına əyləşmək istəyəndə qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü . Sonra yaxasından yapışıb yıxıldı yerə və Talehi də yıxdı öz üstünə.Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldlər Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir" çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Həbs edilməmişdən iki ay əvvəl Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa ölə biləcəyini bildiriblər".

P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandıra bilərik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol