Menu

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi - Fərman

19.03.2015, 17:25

eliyev serenc3495654g7568_1402927020Azərbaycan prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinə iki ay müddətində prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək, “Dərman vasitələri haqqında” qanununun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 2 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Tarif (qiymət) Şurası isə “Dərman vasitələri haqqında” qanunun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini 3 ay müddətində təmin etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol