Menu

"Bizə qarşı ittihamlar doğru deyildi"

19.03.2015, 20:08
"Bizə qarşı ittihamlar doğru deyildi"

Azərbaycanda prezident İlham Əliyevin əfv sərəncamı ilə Seçkilərin Monitorinq və Demokratiya Mərkəzinin direktoru Bəşir Süleymanlı, NİDA fəalı Orxan Eyyubzadə də daxil olmaqla 101 nəfər azad edilib.

Çərşənbə günü verilən sərəncam 90 nəfərin qalan həbs cəzasından azad edilməsinə, 4 nəfərin islah işlərindən və 7 nəfəri pul cəriməsindən azad edib.

Cənab Süleymanlı BBC Azərbaycancaya bildirib ki, həm mənəvi, həm də fiziki sağlamlıq durumu "yaxşıdır".

"Azadlığa çıxmalı idik və çıxdıq, bizə qarşı ittihamlar doğru deyildi və bizə aid deyildi. Biz nə vergidən yayınmışıq, nə də mənimsəmə etmişik".

SMDT direktoru Bəşir Süleymanlı 2014-cü ilin may ayında 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum edilib.

O, "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma" ittiham olunub.

Orxan Eyyubzadə isə 2014-cü ildə NİDA fəalları barədə verilmiş məhkəmə hökmünə etiraz aksiyasında saxlanılıb.

Onun barəsində 20 sutka həbs-qətimkan tədbiri seçilib. Lakin o, 20 sutkadan sonra buraxılmayıb və yeni ittihamlarla 2 il həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol