Menu

Obama İran gənclərinə üz tutdu

20.03.2015, 10:47
Obama İran gənclərinə üz tutdu

Ağ Ev Prezident Barack Obama-nın Novruz təbrikini yayıb.

Obama çıxışında Birləşmiş Ştatlarda və dünyada mübarək Novruz bayramını qeyd edən hər kəsi təbirik edir və İran gənclərini çağırır ki, ölkənin nüvə proqramı üzrə razılaşma əldə edilməsi üçün öz liderlərinə təzyiq göstərsinlər.

“Bu il İran İslam Respublikası ilə beynəlxalq ictimaiyyət arasında proqresə ümidlər yaranıb. Bu fürsətdən istifadə edərək İran xalqına və liderlərinə üz tuturam”.

“Qarşıdakı günlər və həftələr çox vacibdir. Danışıqlarımızda irəliləyiş var, ancaq fikir ayrılıqları da qalır. Həm ölkələrimizdə, həm də kənarda diplomatik həllə qarşı çıxanlar var. Sizə, İran xalqına müraciət edirəm ki, birlikdə axtardığımız gələcək naminə danışaq, mövqeyimizi ortaya qoyaq,” Obama deyib. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol