Menu

Ceyms Uorlik cəbhədə baş verən son toqquşmaları pisləyib

20.03.2015, 13:32
Ceyms Uorlik cəbhədə baş verən son toqquşmaları pisləyib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmanı pisləyib.APA-nın məlumatına görə, C. Uorlik bu barədə “Twitter” hesabında yazıb.

“Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”, - deyə C. Uorlik qeyd edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da erməni silahlı bölmələrinin hücumunun qarşısının alındığını, düşmənin 20-dək hərbçisinin öldürüldüyünü və yaralandığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol