Menu

Merkel Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdı

20.03.2015, 15:25

16-bundeskanzlerin-merkel-spricht-mit-russischem-praesident-putin,property=DownloadAlmaniyanın kansleri Angela Merkelin Rusiyaya qarşı təzyiqləri yumşaltmağın tez olması barədə bəyanatından sonra Avropa Birliyi (AB) liderləri yəqin ki, Moskvaya qarşı iqtisadi sanksiyaların müddətini Ukrayna üzrə anlaşma tam həcmdə reallaşanadək uzadacaqlar.

Musavat.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, indiyədək AB üzvləri iyulda vaxtı tamam olan sanksiyaları uzatmaq məsələsində ikiyə bölünmüşdülər. AB sammiti ərəfəsində Merkelin verdiyi bəyanat böyük ehtimalla, liderləri Kreml əleyhinə sanksiya rejiminin qüvvədə saxlamağa stimullaşdıracaq.

“Biz iyulda və ya sentyabrda təsir qüvvəsi bitən sanksiyaları Minsk anlaşmasının şərləri həyata keçənədək götürə bilmərik. Bu, düzgün olmazdı”, - deyə Almaniya kansleri Bundestaqın aşağı palatasında çıxışı zamanı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol