Menu

Moskvanın işğal olunmuş əraziləri saxlamağa pulu yoxdur

21.03.2015, 00:30
Moskvanın işğal olunmuş əraziləri saxlamağa pulu yoxdur

“Ali Radanın Donbasın işğal olunmuş hissəsini qəbul etməsi Rusiyanın işini çətinləşdirib”.Axar.az xəbər verir ki, bunu politoloq Vladimir Çibulko söyləyib.Onun sözlərinə görə, Moskvanın işğal olunmuş əraziləri saxlamağa pulu yoxdur:“İşğal olunmuş ərazilərin tanınması Donbasdakı insanların sosial rifahı naminə və vətəndaşların təhlükəsizliyi məsələsində istənilən məsuliyyəti Ukraynanın üstündən götürür. Rada bunun məsuliyyətini Rusiyanın üzərinə atır. Lakin indi Rusiya bütün dünyaya bəyan edir ki, bu rayonları saxlamağa pulu yoxdur. Rusiyanın Ukrayna ərazisini bundan sonra daha nə qədər işğal edəcəyi isə Moskva iqtisadiyyatının tənəzzül dərəcəsindən asılıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol