Menu

Ana doğuşdan sonra öldü

21.03.2015, 14:19
Ana doğuşdan sonra öldü

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə martın 20-də Bakıdakı özəl klinikalardan birində - «Astoriya» Tibb Mərkəzində olub.

24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra vəfat edib.

«Astoriya» Tibb Mərkəzindən Trend-ə hadisəni təsdiqləyiblər. Ancaq ölümün səbəbi haqqında məlumat verməkdən boyun qaçırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol