Moskva Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşını - ABŞ hərbi attaşesinin köməkçisini avtomobili sərxoş halda idarə etdiyi üçün saxlayıblar.Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə martın 22-də Domodedovo aeroportunun yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin verdiyi məlumata görə, yol polisi əməkdaşları aeroporta doğru sürətlə hərəkət edən “BMW X5” markalı avtomobili saxlamaq istəyiblər, lakin sürücü onların tələbinə məhəl qoymayıb. Yol polisi “BMW X5”i təqib edib və sürücünü maşını park edərkən yaxalaya bilib.
Sənədlər yoxlanarkən məlum olub ki, sürücü sərxoş olub. Onun ABŞ vətəndaşı olması, öz ölkəsinin səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışdığı, aeroporta da şəxsi avtomobilində gəldiyi üzə çıxıb. Yol polisi müvafiq protokol tərtib edib, açarları sürücüdən alaraq diplomatın maşında olan həyat yoldaşına verib.


Şərhlər