Menu

Azərbaycanlı iş adamının Türkiyədə deputatlıq iddiası

23.03.2015, 13:37
Azərbaycanlı iş adamının Türkiyədə deputatlıq iddiası

Azərbaycanlı iş adamı Asif Qurban Türkiyədə keçiriləcək parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini irəli sürüb. Bu barədə Trend Türkiyənin hakim partiyasının "AKHABER" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən Asif Qurban İzmir-Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin (AKİDER) rəhbəridir.

Məlumat üçün qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Parlament seçkilərində 31 siyasi partiya iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol