Menu

Putin Lavrova orden verdi

23.03.2015, 15:03
Putin Lavrova orden verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov I dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimi Putin fərman imzalayıb.Məlumatda deyilir ki, S. Lavrov bu mükafata Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılmasında mühüm xidmətlərinə və çoxillik diplomatik fəaliyyətinə görə layiq görülüb.

Bundan başqa, bu gün Rusiya patriarxı Kirill xarici işlər nazirini birinci dərəcəli müqəddəs Sergiy Radonejskiy ordeni ilə təltif edib.

Rusiya Pravoslav Kilsəsinin teleqramında deyilir ki, orden S. Lavrova Rusiya Pravoslav Kilsəsi üçün görülən işlərə ayırdığı diqqətə və nazirin 65 illik yubileyi şərəfinə təqdim edilir.

Qeyd edək ki, S. Lavrov buna qədər Aleksandr Nevski mükafatı, 4-cü, 3-cü və 2-ci dərəcəli “Vətənə xidmət” ordenləri ilə də təltif olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol