Martın 21-də Tiflis şəhərində peşəkarlar arasında kikboksinq üzrə (K-1 versiyası) dünya kuboku uğrunda döyüşlər keçirilib.
AzPolitika.info-nun məlumatına görə, yarışlara 3 nəfərlik heyətlə - 86 kq çəkidə Xəyal Əhmədov, 75 kq-da Nicat Vəliyev, 45 kq-da Nicat Nəcəfzadə ilə qatılan Azərbaycan idmançıları uğurlu çıxışları ilə diqqəti çəkiblər.
86 kq-da Xəyal Əhmədovun qələbəsi isə daha sevindirici olub. Belə ki, onun rəqibi erməni idmançı olub. Rəqibindən açıq aşkar üstün olan Xəyal Əhmədov, 2-ci raundda erməni idmançını nokautla məğlub edərək, xalqımıza gözəl Novrus bayramı hədiyyəsi edib.
Digər döyüşçülərimiz - Nicat Vəliyev və Nicat Nəcəfzadə də döyüşlərini qələbə ilə başa vurublar.








Şərhlər