Menu

9 günlük tətil ölkəyə yarım milyard ziyan vurur

23.03.2015, 18:55
9 günlük tətil ölkəyə yarım milyard ziyan vurur

Azərbaycanda Novruz tətili 9 gün davam edəcək. İqtisadçi Samir Əliyevin dediyinə görə, hər bayram günü Azərbaycana 57 milyon manat ziyan vurur. Bu da üst-üstə yarım milyarddan da çox edir.

«Təxmini hesablayanda Azərbaycanda bir günə ÜDM-in formalaşması 57 milyon manat təşkil edir. Bizdə qeyri-iş günlərinin sayı lazım olandan da çoxdur. Bunun azaldılmasına ehtiyac var. Almaniyada qeyri-iş günlərinin sayı ildə 5 gündür, İtaliyada 12, ABŞ-da, Rusiyada 11 gündür. Azərbaycanda isə təkcə Novruzda qeyri-iş günlərinin sayı 9 gündür. Yenə deyirəm, bu, azaldılmalıdır. Azərbaycanda şənbə-bazarı hesablayanda, qeyri-iş günlərinin sayı ildə 100 gündən çoxdur. Bayram günlərinin sayı isə 20 gündən çoxdur».

Samir Əliyev deyir ki, bu, ölkə iqtisadiyyatının neftdən asılı olmasının fəsadıdır: «Ölkəyə neft gəliri gəlməsəydi, Azərbaycan rəhbərliyi bayram günlərində ölkə iqtisadiyyatına nə qədər ziyan vurduğunun fərqində olardı».

İqtisadçinin qənaətincə, neftin ucuzlaşdığı dövrdə bu məsələyə yenidən baxılmalıdır.(Azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol