Menu

Tanınmış “qanuni oğru” Moskvada tutuldu - VİDEO

24.03.2015, 15:35
Tanınmış “qanuni oğru” Moskvada tutuldu - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində gürcü əsilli “qanuni oğru” saxlanılıb.ANS PRESS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Moskvanın "Domodedovo" hava limanında kriminal aləmdə “Levik Zuqdidiskiy” ləqəbilə tanınan 37 yaşlı Levan Marqiya həbs olunub.

Kriminal aləmdə tanınmış “qanuni oğru” olan “Levik Zuqdidskiy” Moskvadan xaricə qaçmaq istəyib. O, saxta sənədlərdən istifadə edərək ölkədən çıxarkən yaxalanıb.

Onu qeyri-qanuni miqrant kimi saxlayıblar. Rusiya məhkəməsinn qəbul etdiyi qərarla Levan Marqiya Gürcüstana deportasiya edilib. Məhkəmənin qərarı ilə tanınmış “qanuni oğru”ya 5 il müddətinə Rusiya ərazisinə girmək qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol