“Bu iki ölkənin ittifaqından əmələ gələcək güc, iki qütblü dünyanın - ABŞ və Avrasiyanın yaranmasına yol açacaq”
ABŞ-ın özəl analitik “Stratfor Global İntelligence” şirkətinin rəhbəri Corc Fridman maraqlı bir bəyanatla çıxış edib. O, deyib ki, Amerikanın əsas strateji məqsədi yarana biləcək Almaniya-Rusiya ittifaqının önünün kəsilməsidir. Bu cür alyansın qarşısının alınması ABŞ-ın dünya qüdrətinə qlobal alternativ ola biləcək təhlükənin aradan qadırılması demək olacaq.
Tanınmış beyin mərkəzinin başçısı həmçinin onu da əlavə edib ki, ABŞ-in maraqlarına yeganə təhlükə yaratmaq qabiliyyətinə malik ola biləcək bu iki böyük dövlətin gücünün birləşməməsi məsələsi həmişə Vaşinqtonun qarşısında bir məqsəd kimi dayanıb. Lakin Fridman proqnoz verib ki, hətta inanılmaz səylər göstərsə də belə, ABŞ bu məsələnin öhdəsindən gələ bilməyəcək. Alman texnologiyası və kapitalı ilə Rusiyanın təbii sərvətləri və geniş ərazi imkanlarının birləşməsindən əmələ gələcək güc, iki qütblü dünyanın - ABŞ və Avrasiyanın yaranmasına yol açacaq.

Fridman öz düçüncələrini ifadə etməklə, yarana biləcək bu alyansın qarşısını həm Almaniyanın, həm də Rusiyanın zəiflədilməsi hesabına necə alınması haqqındakı ABŞ strategiyasını müzakirə predmetinə çevirib.
Bu ittifaqın baş tutmaması üçün hansı tədbir görülməsindən asılı olmayaraq, nəticə hasil edilməyəcəyi fikrinin keçmiş kəşfiyyatçı tərəfindən söylənilməsi də xeyli dərəcədə maraq doğurur.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər