Menu

Ukrayna təyyarəsi qəzaya düşdü

24.03.2015, 18:05
Ukrayna təyyarəsi qəzaya düşdü

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə Kiyev vilayətinin Vasilkovski rayonunda baş verib.

İlkin məlumatlara görə, təyyarə Lvovdan uçurmuş.

Qəza nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəza yerində hüquq-mühafizə orqanlarının və hərbi prokurorluğun əməkdaşları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol