Menu

"Topaz" həm də fırıldaqla məşğuldur?- Şikayət

25.03.2015, 15:59
"Topaz" həm də fırıldaqla məşğuldur?- Şikayət

Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz”ın fəaliyyəti ilə bağlı şikayətlərin sayı gündən-çünə artır. Hətta azyaşlıları və xanımların da öz tələsinə salan “Topaz”ın fəaliyyəti parlamentdə belə müzakirəyə çıxarılsa da, tədbir görülmür. Hətta bəzi rəsmilər bu böyük bəlanı göz görə-görə idmana olan həvəs kimi təqdim edirlər. Mərc oyunlarının ləğv edilməməsi isə, hər gün neçə-neçə ailənin faciəsinə səbəb olur.

Rəsmi mərc oyunları kontoru kimi fəaliyyət göstərən “Topaz”ın fəaliyyətindən narazılıq isə yalnız insanları qumar tələsinə salınması ilə bağlı deyil. Həm də bu oyunlara meyl edənlərin aldadılması ilə bğlıdır. "AzPolitika.info"ya iki şəkil və şikayət göndərən Rauf Ağayev də “Topaz”ın fırıldağı ilə üzləşib.

Rauf Ağayev yazır:"Sizə iki şəkil göndərirəm. Biri uduşdan öncəki şəkildir, ikinci isə uduşdan sonrakıdır. Mən kuöonda 5 manat yatırmışam. Şəkildə də aydın görünür. İkinci şəkildə isə kuponun uduşlu oldugu göstəilir və 23 əmsal uduş oldugu bilidirilir. Lakin uduş pulu olaraq hesaba 5 manat köçürülür. Bu rəqəm isə əslində 5x23=115 olmali idi".

O, sonda mərc oyunlarının fırıldaq olduğunu bildirir: "Belə də dələduzluq olarmı? Məncə, məncə xalq bu özbaşınalığı bilməlidir. Bu, çox biabırçı şeydir. Millət yenə aldadılır. Mən onlara xəbərdarlıq da etdim, amma heç bir faydası yoxdur. Heç veclərinə də almadilar məni".

Rasim

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol