Menu

Məzahir Pənahov Özbəkistanda seçkiləri müşahidə edəcək

25.03.2015, 17:39

Mezahir Penahov MKMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistanda prezident seçkilərinin gedişini müşahidə edəcək. Bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

MSK nümayəndə heyəti Özbəkistana qısamüddətli səfərə gələcək. Azərbaycanın müşahidə missiyasında Milli Məclisin deputatları Aydın Abbasov və Etibar Hüseynov da iştirak edəcəklər.

Bundan başqa, Azərbaycan nümayəndələri MDB müşahidə missiyası çərçivəsində də Özbəkistanda prezident seçkilərində işləyəcəklər. Bu missiyanın tərkibində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistandan, həmçinin MDB İcraiyyə Komitəsindən 72 müşahidəçi akkreditə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol