Menu

Dağıstanda “Sadval” fəalının meyiti tapılıb

26.03.2015, 01:54
Dağıstanda “Sadval” fəalının meyiti tapılıb

Dağıstanın Kaspiysk şəhərində, öz avtomobilinin yanında “Sadval” separatçı ləzgi hərəkatın fəallarından olan Ruslan Maqomedrahimovun meyiti tapılıb. Musavat.com-un məlumatına görə, bu barədə “Kavkazskiy uzel” xəbər yayıb.

Materialda bildirildiyinə görə, həmkarları onun öldürüldüyünü iddia ediblər. Belə ki, separatçı qurumun başçısı Albert Əsədov bildirib ki, patoloqoanatom onun öz əcəli ilə ölmədiyini söyləyib. “Patoloqoanatom dedi ki, Ruslanın ürək çatışmazlığından ölməsi versiyası doğru deyil, çünki ürəyi sağlam olub. Ruslan asfiksiyadan ölüb, yəni boğularaq qətlə yetirilib. Boynunda heç bir iz olmayıb, demək, hansısa yumşaq şeylə sadəcə, onun nəfəsini kəsiblər” –“Sadval”çı deyib.

Onun sözlərinə görə, 45 yaşlı Maqomedrahimov uzun illər hərbçi, sonra isə mülki pilot olub. Son illər isə pedaqoji fəaliyyətlə məşğul olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol