Menu

Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata başlayır

26.03.2015, 08:26
Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyata başlayır

Səudiyyə Ərəbistanının silahlı qüvvələri Yəməndə hərbi əməliyyata başlayır. APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda Krallığın səfiri Adel əl-Cubey bəyan edib.

“Əməliyyatın məqsədi qanuni hökumətin müdafiəsidir”, deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlarda 9 ölkənin hərbçiləri iştirak edəcək. Əməliyyatın detalları hələlik açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol