Menu

Baş nazir Moskvaya getməkdən imtina etdi

26.03.2015, 09:52
Baş nazir Moskvaya getməkdən imtina etdi

Norveçin baş naziri Erna Solberg mayın 9-da Moskvaya getməyəcək. Bunu TASS-a Norveç hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Norveçin 2-ci Dünya Müharibəsinin 70 illik tədbirlərində hansı səviyyədə təmsil olunması məsələsi indilik açıq qalır.

Bir sıra Qərb dövlətlərinin başçıları həmin tədbirlərdə iştirakdan imtina ediblər. Onlar Rusiyanın Ukrayna siyasətindən dolayı iştirakın münasib olmadığını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol