Menu

Devalvasiya Azərbaycanı 90-cı illərə qaytarır - Qara bazarlar canlanır

26.03.2015, 11:43
Devalvasiya Azərbaycanı 90-cı illərə qaytarır - Qara bazarlar canlanır

"Bayram günlərində dollar qıtlığının yaranması, bu sahədə qara bazarın sınaqdan keçirilməsinə imkan yaratdı." Bunu iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, manatın devalvasiyasının fəsadlarından biri də gizli iqtisadiyyatın miqyaslarının artımıdır: İqtsadi inkişaf üçün arzuolunmaz hesab edilən bu neqativ dəyişikliyi iki istiqamətdə müşahidə etmək mümündür. Birincisi, devalvasiyadan sonra nağd pul dövriyyəsi sürətlə genişlənir. Son statistik məlumatlar göstərir ki, banklardan manatla geri çəkilən əmanətlərin həcmi dollarla yenidən banklara qayıdan əmanətlərdən ən azı 3 dəfə çoxdur. Yalnız bu ilin yanvar ayında ötən ilin dekabrı ilə müqayisdə 318 milyon manatlıq əmanət banklardan geri çəkilmiş və rəsmi nəzarətdən kənarlaşdırılmışdır. Fevral ayının göstəriciləri bəlli olmasa da heç şübhəsiz ötən ay banklardan geri çəkilən əmanətin məbləği yanvardan dəfələrlə çoxdur. Bu isə bu ilin ilk 2 ayı ərzində 100 milyonlarla vəsaitin nağdlaşdırılması və gizli iqtisadiyyatın inkişafına töhfə deməkdir.

Ekspert bildirir ki, manatın devalvasiyasından sonra müşahidə olunan ikinci neqativ dəyişiklik dolların gizli satışının və "qara bazar"ının formalaşması meyllərinin güclənməsidir: "Xüsusilə də hazırkı bayram günlərində dollar qıtlığının yaranması, bu sahədə qara bazarın sınaqdan keçirilməsinə imkan yaratdı. Bunu şərtləndirən amillərdən biri də valyuta dəyişmə məntəqələrinin alqı və satqı arasında fərqdən qazanclarının cüzi olmasıdır. Bu qazanca tətbiq edilən məhdudiyyət yumşalldılmaldır. Odur ki, təklif edirəm ki, Mərkəzi Bank hazırkı vəziyyətdə manatın devavasiyasının gizli iqtisadiyyatın genişlənməsinə rəvac verməməsi üçün təsirli addımlar atmalı, banklara olan inamın bərpa olunması, depozit siyasətinin cəlb ediciliyi və valyuta mübadilə məntəqələrinin marjasının artırılması istiqamətində çevik qərarlar qəbul etməlidir. Əks tədqirdə Azərbaycanda 90-cı illərin əvvəlində olan valyuta satışının qara bazarları yaranacaq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol