Menu

Sisi Səlahəddin Əyyubinin adını kitabdan çıxartdırıb

27.03.2015, 16:12
Sisi Səlahəddin Əyyubinin adını kitabdan çıxartdırıb

Misir prezidenti Abdulfəttah Sisi terrorla qarşı mübarizə çərçivəsində Səlahəddin Əyyubi və Uqbə ibn Nafiin rəvayətlərinin dərsliklərdən çıxarılması barədə təlimat verib.Avropa.info xəbər verir ki, bu iddia ilə İsraildə fəaliyyət göstərən Yediot Ahronot qəzeti çıxış edib.

Qəzetin iddialarına görə Misirin təhsil nazirliyinin qərarı ilə Qüdsü Xaçlıların əlindən xilas edən Səlahəddin Əyyubi və bənzəri şəxsiyyətlərin həyat hekayələrinin dəsliklərdən çıxarılması haqda qərar qəbul edib.

Qəzetdə həmçinin Uqbə ibn Nafiin də eyni senzuraya məruz qaldığı bildirilir.

Bundan başqa düşmənləri olan qartalları yandıran sərçələrdən bəhs edən "Qartalların Sonu" hekayəsi də İŞİD-in iordaniyalı pilotu yandırmasını təsdiqlədiyi səbəbilə kitablardan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol