Menu

“Boko Haram”a ağır zərbə

27.03.2015, 17:37

140605144959_boko_haram_promo_624x351_afpNigeriya ordusu ölkənin şimali-şərqində yerləşən Qvoza şəhərinə nəzarəti bərpa edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində “Boko Haram” terror qruplaşmasının mənzil-qərargahı məhv edilib.

Nigeriya ordusunun “Twitter”dəki səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, döyüşlər nəticəsində bir neçə terrorçu öldürülüb, qalanları əsir götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol