Menu

Yəmən prezidenti Misirə gedib

27.03.2015, 22:31
Yəmən prezidenti Misirə gedib

Yəmən prezidenti Abd Rabbu Mənsur Hadi Ərəb Ölkələri Liqasının sammitində iştirak etmək üçün Misirin Şərm-əş-Şeyx şəhərinə gəlib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onu hava limanında Misirin prezidenti Abdel Fattah əs-Sisi qarşılayıb.

Ərəb Ölkələri Liqasının zirvə toplantısı martın 28-29 keçiriləcək. Məlum olduğu kimi, Ərəb Ölkələri Liqası Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini dəstəkləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol