Menu

Yəməndə koalisiyaya məxsus təyyarə vuruldu

28.03.2015, 08:39
Yəməndə koalisiyaya məxsus təyyarə vuruldu

Yəmənin paytaxtı Sənada beynəlxalq koalisiyaya məxsus təyyarə vurulub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hərbi təyyarə paytaxtın əl-Xətariş bölgəsində vurulub.

Qeyd olunur ki, sağ qalan pilot artıq həbs edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir neçə dövləti Yəməndəki şiə qiyamçılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb. Koalisiya qüvvələrinin Sənaya endirdikləri hava zərbələri nəticəsində onlarla adam həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol