Menu

Davudoğlu Türkiyənin prezident idarəçiliyinə keçməsini dəstəklədi

29.03.2015, 00:40
Davudoğlu Türkiyənin prezident idarəçiliyinə keçməsini dəstəklədi

Türkiyənin prezident üsul-idarəçiliyinə keçməsinə ehtiyacı var. Musavat.com xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu “Habertürk” telekanalına müsahibəsində bildirib.

“Türkiyədə prezident idarəçiliyinin tətbiqi doğru olardı. Bu gün ölkədə idarəçilik sistemi nə parlament tiplidir, nə prezident, nə də yarım-prezident tipli” – deyib baş nazir.

Davudoğlu əlavə edib ki, Türkiyədə siyasi sistem hakimiyyət qollarının hər birinin dəqiq məsuliyyəti müəyyən edilməklə tam parlament və ya tam prezident tipli olmalıdır.

Bu zaman baş nazir məsələdə onunla prezident Rəcəb Tayyib Ərdoğan arasında fikir ayrılığının mövcudluğu barədə KİV-lərdə yayılan xəbərləri təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol