Menu

Yaponiyadan Putinə rədd cavabı

30.03.2015, 09:12
Yaponiyadan Putinə rədd cavabı

Ölkənin baş naziri Moskvada keçirilən tədbirə qatılmayacaq

Yaponiyanın baş naziri Sindzo Abe faşizm üzərindəki qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək. Anspress-in məlumatına görə, İtar Tass xəbər verir ki, bu barədə ölkənin “Sankey” qəzeti hakimiyyətdə olan mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, baş nazirin qərarı barədə rəsmi açıqlama apreldə veriləcək.

Qeyd olunur ki, Sindzo Abe ABŞ, Fransa və Almaniyanın rədd cavabını nəzərə alaraq bu qərara gəlib. Lakin qəzet əlavə edib ki, Sindzo Abenin rədd cavabı ikinci dünya müharibəsi ilə əlaqədar Rusiya ilə olan müqavilənin olmamasını və Cənubi Kuril adaları ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol