Menu

Sorosdan 1 milyard dollarlıq yatırım

30.03.2015, 13:15

International Rescue Committee Hosts Annual Freedom Award Benefit - InsideAmerikalı milyarder Corc Soros Ukrayna iqtisadiyyatına 1 mlrd. dollar yatırım edə bilər. APA-nın məlumatına görə, bu barədə C. Soros Avstriyanın “Der Standard” qəzetinə müsahibəsində deyib.

Milyarder Ukrayna üçün müsbət nümunə olmağa hazır olduğunu bildirib.

“Konkret investisiya təklifləri var. Məsələn, kənd təsərrüfatına yaxud da infrastruktur layihələrinə yatırım etmək. Mən milyard dollar yatıra bilərdim. Bu pul gəlir gətirməlidir”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol