Menu

Nigeriyada seçkilər: İlkin nəticələr gözlənilir

30.03.2015, 16:36
Nigeriyada seçkilər: İlkin nəticələr gözlənilir

Nigeriyanın seçki orqanı deyir ki, şənbə günü keçirilən çoxnamizədli seçkilərin ilk nəticələrini çərşənbə axşamı açıqlayacağını güman edir.

Hazırkı Prezident Goodluck Jonathan ilə hərbi rəhbər Muhammadu Buhari arasında rəqabət kəskin olub.

Texniki nasazlıqlara, etirazlara və Boko Haram qrupu ilə əlaqələndirilən zorakılığa baxmayaraq BMT seçkiləri alqışlayıb.

Yeni elektron kartlarla bağlı problemlərdən sonra Nigeriyanın bəzi hissələrində səsvermə ikinci gün davam edib.

Texniki problemlərə görə səs verə bilməyənlərdən biri də Prezident Jonathan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol