Menu

Türkiyə Ermənistanın Vatikan xəyalını puç etdi

30.03.2015, 16:46
Türkiyə Ermənistanın Vatikan xəyalını puç etdi

Papa Fransisk 1915-ci il hadisələri ilə bağlı xüsusi ayinin keçirilməyini istəyən ermənilərə Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacının diplomatik cəhdləri nəticəsində rədd cavabı verib. Bu barədə SalamNews “Star”a istinadla xəbər verir.

M.Paçacının sözlərinə görə, aprelin 12-də Vatikanda ermənilər üçün xüsusi ayin keçirilsə də, bu ayinə “100-cü il” adı verilməyəcək.

Bildirək ki, Ermənistan qondarma soyqırımının 100-cü ildönümündə - aprelin 24-də papanın İrəvanda xüsusi ayin keçirməyini istəmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol