Menu

Azərbaycan və Pakistan arasında hərbi protokol imzalanıb

31.03.2015, 19:34
Azərbaycan və Pakistan arasında hərbi protokol imzalanıb

Martın 31-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib. Müdafiə Nazirliyindən verilən məlumatına görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol