Menu

Neftin qiyməti uzun müddətə enə bilər...

01.04.2015, 14:03
Neftin qiyməti uzun müddətə enə bilər...

İranla nüvə danışıqlarının baş tutacağı təqdirdə

İranın nüvə proqramı üzrə danışıqların davam etməsi fonunda dünya bazarında neftin qiyməti mənfi dinamika nümayiş etdirir.

AzPolitika.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün Moskva vaxtı ilə saat 07:16-ya olan məlumata görə, Şimal dənizi qarışıq neftinin (Brent) may fyüçersinin qiyməti 0,14 faiz enərək, bir barel üçün 56,13 dollara, WTI markalı neftin qiyməti isə 0,48 faiz enərək 47,37 dollara bərabər olub.

Analitiklərin fikrincə, İran böyük həcmlərdə neft hasil edir. Nüvə danışıqlarının baş tutacağı təqdirdə İrana yönəlik sanksiyaların aradan qaldırılması dünya bazarında neftin qiymətinin uzun müddətə aşağı düşməsinə səbəb ola bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol