Menu

Bakıda maşın qatara çırpıldı

02.04.2015, 01:51
Bakıda maşın qatara çırpıldı

Bakıda minik maşını qatarla toqquşub.Suraxanı rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bül-Bülə dəmir yolu keçidində baş verib.

Belə ki, "Atəşgah" dairəsində yük qatarı ağ rəngli "Lada Priora" markalı avtomobillə toqquşub.

Maşının sürücüsü dəmiryolu keçidindən keçərkən qatara çırpılıb. İlkin məlumatlara görə, yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşını qatara çırpıb.

Hadisə nəticəsində "Lada Priora" nın sürücü Akif Xeyirbəyov xəsarət alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol