Menu

Yenə yağış, yenə çiskin, yenə qar - Proqnoz

02.04.2015, 12:54

yagisSabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir küləyin sürəti güclənəcək, axşam nisbətən mülayimləşəcək.

Havanın hərarəti gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol