Menu

“Onu rus xalqı anlamaz, rusiyalılar anlamaz...” - Lukaşenko

02.04.2015, 15:33

LukasenkoBelarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Belarus müstəqil dövlət olub, müstəqil də qalacaq, onun Rusiya Federasiyasına daxil olması məsələsi hökumət tərəfindən qaldırılmayıb.

“Bu gün də Rusiya rəhbərliyi Belarusun Rusiyanın tərkibində olması barədə birbaşa məsələ qaldırmayıb. Biz müstəqil dövlətik. Müstəqil də qalacağıq”, - Lukaşenko Bloomberg mediaholdinqinə verdiyi müsahibəsində bildirib. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu müsahibənin bir hissəsini prezidentin mətbuat xidməti cümə axşamı dərc edib.

Belarus prezidenti vurğulayıb ki, “Qərbdə (RF prezidenti Vladimir Putin – red.) hansısa imperiyanı bərpa etmək istəyir... Putinin nəyi isə işğal etmək fikri yoxdur. O, müasir adamdır, və anlayır ki, müasir zamanda bu, çox təhlükəlidir”, - Lukaşenko bəyan edib.

Bununla yanaşı o, qeyd edib ki, Belarus heç bir zaman Rusiya ilə münaqişəyə girməyəcək.

“Rusiyanın bizim tərəfə pis baxmağa belə səbəbi yoxdur. Onu rus xalqı anlamaz, rusiyalılar anlamaz. Bizimlə döyüşmək nəyə lazımdır ki? Səbəb yoxdur. Ona görə də, Rusiyanın Belarusa qarşı döyüşəcəyini düşünmürəm”, - Belarus lideri bildirib.

O həmçinin qeyd edib ki, Belarus xalqının 100%-i öz torpağında, öz dövlətində yaşamaq istəyir və Belarus xalqı öz torpağını lazımınca qoruyacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol