Menu

Ərzaqın dünya qiymətləri kəskin enib - STATİSTİKA

03.04.2015, 14:33
Ərzaqın dünya qiymətləri kəskin enib - STATİSTİKA

AzPolitika.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şəkərin qiymətinin kəskin düşməsi səbəbindən 2015-ci ilin martında ərzaq məhsullarının FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) qiymət indeksi də enib.

İndikator fevraldakı 179,4 səviyyə ilə müqayisədə mart ayında 173,8 vahid təşkil edib. İndeks 2014-cü ilin aprelindən sonra düşməkdə davam edir.

Martda şəkərin qiymət indeksinin orta səviyyəsi 187,9 vahid təşkil edib. Bu da 2009-cu ilin fevralından ötən müddət ərzində ən aşağı səviyyə hesab olunur. Dənli bitkilərin qiymət indeksi fevral ayına nisbətən 1,1 faiz aşağı düşərək, 169,8 vahid təşkil edib. Ötən ilin uyğun dövrü ilə müqayisədə isə enmə 18,7 faiz təşkil edib.

Bitki yağlarının qiymət indeksi mart ayında 151,7 vahid təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 3,1 faiz enmə deməkdir. Bu rəqəm 2009-cu ilin sentyarbından ötən dövr ərzində ən aşağı səviyyə deməkdir.

Cari ilin mart ayında ətin qiymət indeksi 1,0 faiz düşərək, 177,0 vahid təşkil edib.

Süd miəhsullarının qiymət indeksi isə bu ilin son iki ayı ərzində qalxmaqda davam edib və mart ayında 184,9 vahid təşkil edib. Bu, fevral göstəricisindən 1,7 faiz yuxarıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol