Menu

İrandan Britaniyaya jest

03.04.2015, 14:38
İrandan Britaniyaya jest

Tehran voleybola görə tutulan Britaniya xətəndaşını əfv edib

Tehranda qadınların kişilərlə birlikdə stadiona getməsinə qadağaya etirazına görə ötən il həbs olunmuş İran əsilli Böyük Britaniya vətəndaşı xanım Qönçeh Qavami əfv olunub. Anspress-in məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Tehranın bu addımını alqışlasa da, qadının hələ də səyahət qadağası altında qalmasından narahatlığını ifadə edib.

Onun qardaşı İman Qavami “The Guardian” qəzetinə bildirib ki, bacısı cəzasının qalan 7 ayından azadlığa buraxılıb və bir daha həbsxanaya qayıtmayacaq. Onun 151 günü həbsxanada keçirib.

Xatırladaq ki, ötən ilin iyununda saxlanılan və həbs olunan 26 yaşlı Q.Qavami Tehranda kişilərin voleybol yarışına getməyə cəhd göstərib. Tehran məhkəməsi onu dövlət əleyhinə təbliğatda günahlandıraraq noyabrda birillik cəzaya məhkum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol